FHN-in Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Ümumilikdə, ötən sutka ərzində bağlı qapı arxasında qalmış şəxsin meyiti və yanğın zamanı yanaraq həlak olmuş şəxsin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib, 2 nəfər yanıq xəsarəti alıb.
Azvision.az