Kürdə batanlardan birinin meyiti tapıldı

 Kürdə batanlardan birinin meyiti tapıldı
  03 Fevral 2021    Oxunub:2536
Xəbər verildiyi kimi, 31 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Yusifov Səfxan Aydın oğlu və Sadıxbəyli Ramin Qaçay oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.
FHN-in Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb, çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Kür   Batma   Xilasetmə  





Xəbər lenti