Tovuzda inzibati binada yanğın olub

Tovuzda inzibati binada yanğın olub
  03 Fevral 2021    Oxunub:2037
Tovuz şəhərində ümumi sahəsi 800 m² olan (hər mərtəbəsi 400 m²) ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində sahəsi 24 m² olan otaqda 1 ədəd kondisioner, rəf və sənədlər qismən yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Azvision.az


Teqlər: Tovuz   Yanğın   FHN  





Xəbər lenti