Bu ərazilərdə qaz təchizatında fasilə yaranıb

Bu ərazilərdə qaz təchizatında fasilə yaranıb
  03 Fevral 2021    Oxunub:1938
Paytaxtın bəzi ərazilərinin təbii qaz təchizatında fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, fevralın 3-də "Qaz İxrac" İdarəsinin “Digah-Böyükşor” magistral qaz kəmərinin 6,4-cü kilometrində əmələ gəlmiş qaz sızmasının ləğvi və korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri aparılır.

İşlər başa çatanadək Xətai rayonunun Babək, Xocalı, Nobel prospektləri, Y.Səfərov, F.Bayramov, S.Vəzirov, M.Mehdizade, İ.Orucova küçələri, NZS qəsəbəsi, UPD yaşayış massivi, Əhmədli kəndi və digər bir neçə yaşayış məntəqəsində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Azvision.az


Teqlər: Azəriqaz   Təbii-qaz  





Xəbər lenti