Xızıda narkotik alverçisi tutuldu

Xızıda narkotik alverçisi tutuldu
  04 Fevral 2021    Oxunub:1877
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Şorabad qəsəbə sakini A.Sadıqov qəsəbə ərazisində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı A.Sadıqovdan sellofan torbada təmiz çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı A.Sadıqov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib. Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti