DİN Bakıda narkotik əməliyyatı keçirdi

DİN Bakıda narkotik əməliyyatı keçirdi
  04 Fevral 2021    Oxunub:3318
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bayıl qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Talıbzadə Səbail rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 53 qrama yaxın heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 363 qram heroin, 1 kiloqram 35 qram metamfetamin, 1 kiloqram 105 qram marixuana və 2 ədəd elektron tərəzi götürülüb.

Qocaları aldadaraq pullarını ələ keçirən qadın saxlanılıb
Bundan başqa, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 33 qrama yaxın metamfetamin olduğu müəyyən edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Tofaş” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 290 qram heroin, 1 kiloqram 322 qrama yaxın metamfetamin və 240 qram marixuana aşkar edilib.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti