"Topaz"da oğurluq oldu

"Topaz"da oğurluq oldu
  19 Fevral 2014    Oxunub:1317
"Topaz" məntəqəsindən pul oğurlanıb.
Bu barədə AzVision.az-a Xətai rayon polis idarəsindən məlumat verilib. Bildirilib ki, 1964-cü il təvəllüdlü Quliyev Səbuhi Məhəmməd oğluna məxsus Xətai rayonu, Zığ şossesi, ev 5 ünvanında yerləşən "Topaz" məntəqəsindəki kassadan Arif adlı şəxs 7700 manat məbləğində pul vəsaiti oğurlanıb.

Faktla bağlı cinayət işi açılıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti