BNA-dan avtoxuliqanlıq edən avtobus sürücüsü ilə bağlı açıqlama

   BNA-dan avtoxuliqanlıq edən avtobus sürücüsü ilə bağlı açıqlama
  05 Fevral 2021    Oxunub:1992
Bakı Nəqliyyat Agentliyi Sumqayıtda avtobus sürücüsünün avtoxuliqanlıq etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Agentlikdən Azvision.az -a verilən məlumatda bildirilib ki, 04.02.2021 tarixində axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb:

"Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb. Məlumat üçün bildiririk ki, avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 Dövlət Qeydiyyat Nişanlı avtobus 114 nömrəli müntəzən xətt üzrə istismardadır.

Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Azvision.az


Teqlər: BNA   Sumqayıt   Avtobus  





Xəbər lenti