Narkotacirlərə qarşı əməliyyatlar keçirilib

Narkotacirlərə qarşı əməliyyatlar keçirilib
  05 Fevral 2021    Oxunub:1838
Daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməluyyatlar keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Q.Baladadaşovun ətrafında əməliyyat tədbirləri aparılıb.

Əməliyyat nəticəsində ondan narkotik vasitəni götürmüş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Baxşəliyev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş N.Hüsiyev müəyyən edilərək saxlanılıblar.

Davam etdirilən tədbirlərlə F.Baxşəliyevdən 19 qram, yaşadığı evdən 2 kiloqram 102 qram metamfetamin, 1 kiloqram 258 qram heroin, 39 qram tiryək, 25 qram marixuana, 70 ədəd metadon həbi, N.Hüsiyevdən isə 10 qram metamfetamin, yaşadığı evdən 590 qram heroin aşkar edilərək götürülüb.

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən və yaşadığı Şorabad qəsəbəsindəki evin həyətindən 600 qram heroin aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti