FHN-in Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 4 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb, bağlı qapı arxasında qalmış 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Azvision.az