Sumqayıtda vəzifəli şəxs 3500 manat cərimələndi

Sumqayıtda vəzifəli şəxs 3500 manat cərimələndi
  05 Fevral 2021    Oxunub:2561
Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və istirahət parkına yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Azvision.az -a bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin dəmir lövhələrlə hasara alındığı və “Flame MTK” MMC tərəfindən tikinti işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı məlum olub.

Sumqayıtda ev yanıb | VİDEO
O qeyd edib ki, ərazinin əvvəlki illərdəki kosmik görüntüləri müqayisə olunub və tikinti aparılan yerdə yaşıllıqların olmadığı müəyyən edilib: "Aparılan araşdırma zamanı yaşayış obyektinin tikintisinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi olmadan aparıldığı aşkar edilib.

Faktla bağlı MMC-nin məsul şəxsi Vüqar Səmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3 500 manat məbləğində cərimə olunub. Ətrafdakı ağacların qorunub saxlanması və tikintiyə ekoloji ekspertiza rəyinin alınması məqsədilə şirkət rəhbərliyinə məcburi göstəriş verilib”.

Azvision.az



Teqlər: Sumqayıt  



Xəbər lenti