Sabah "yaz havası" olacaq

Sabah "yaz havası" olacaq
  19 Fevral 2014    Oxunub:1057
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 20-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman proqnozlaşdırılır. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 10-14 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi arabir güclənəcək.

Aran rayonlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə şaxta, 5-10 dərəcə isti proqnozlaşdırılır.


Teqlər:  





Xəbər lenti