Oğuzda qanunsuz işləyən kafe bağlandı

Oğuzda qanunsuz işləyən kafe bağlandı
  06 Fevral 2021    Oxunub:1662
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, qurumun əməkdaşları Oğuz rayonu, Yaqublu kəndində fəaliyyət göstərən İsayev Şiraslan Cəlil oğluna məxsus kafedə reyd keçirib.

Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunmaması və tələblərin kobud şəkildə pozulması faktları aşkarlanıb. Məlum olub ki, ictimai iaşə müəssisəsi qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz olaraq fəaliyyət göstərir. Aşkarlanmış faktlarla bağlı sahibkarlıq subyekti barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirilir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Azvision.az



Teqlər: AQTA   Kafe  





Xəbər lenti