Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı
  06 Fevral 2021    Oxunub:2090
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Tərkeş kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı onların Qəbələ rayonu Nic qəsəbə sakinləri Dmitri Piralov və Ruslan Balari olduqları müəyyən olunub. Həmin şəxslərdən 2 ədəd “İJ-16” markalı ov tüfəngi və 35 ədəd istifadəyə yararlı patron aşkar olunaraq götürülüb.

Hər iki şəxs barəsində polis şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndəriləcək.

Azvision.az



Teqlər: Ovçu  





Xəbər lenti