Yevlaxda narkotik satan dəstə tutuldu

Yevlaxda narkotik satan dəstə tutuldu
  06 Fevral 2021    Oxunub:2903
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Elçin Orucov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

E.Orucov ondan aşkar edilmiş narkotik vasitəni Yevlax rayon sakini, Sadiq Şıxıyevdən pul müqabilində aldığını bildirib. Keçirilmiş tədbirlərlə S.Şıxıyev də saxlanılıb. Onun ətrafında davam etdirilən tədbirlərlə həmin narkotik vasitəninin mənbəyinin Yevlax şəhər sakini, Bəhruz Novruzov da olduğu müəyyən edilib və o şübhəli şəxs qismində saxlanılıb.

Eləcə də E. Orucovun ətrafında aparılan genişmiqyaslı tədbirlər nəticəsində vətəndaşa məxsus avtomaşından 2 ədəd akkumulyator oğurladığı da müəyyən edilib.


Qeyd edilən faktlarla bağlı Yevlax RPŞ-araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Yevlax   Narkotik  





Xəbər lenti