Salyanda ana doğuşdan sonra öldü

   Salyanda ana doğuşdan sonra öldü
  07 Fevral 2021    Oxunub:3008
Salyanda doğuşdan sonra ana ölümü baş verib.
Azvision.az “Report”a istinadla xəbər verir ki, hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.

Rayonun Dördlər kənd sakini, 1989-cu il təvəllüdlü Hümmətova Gülnarə Mahir qızı doğuş üçün yanvarın 5-də xəstəxanaya daxil olub. Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə qız ana bətnindən götürülüb. Lakin G.Hümmətova bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Qadının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, qadının 3 azyaşlı usağı qalıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Salyan   Ana   Qadın  





Xəbər lenti