Abşeronda ferma yanıb

Abşeronda ferma yanıb
  08 Fevral 2021    Oxunub:1783
Abşeron rayonunda ümumi sahəsi 840 m² olan fermanın (üst hissəsi qamış, dam örtüyü şifer) dam örtüyünün yanar konstruksiyaları 600 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, fermanın qalan hissəsi, yaxınlıqdakı tikililər və ot bağlamaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Abşeron   Ferma   Yanğın  





Xəbər lenti