Şamaxıda da zəlzələ olub

Şamaxıda da zəlzələ olub
  08 Fevral 2021    Oxunub:1636
Fevralın 8-də Qobustan seysmoloji stansiyasından 31 kilometr cənubda – Şamaxı rayonunda maqnitudası 3.8 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az -a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:12-də qeydə alınıb.

Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Azvision.az


Teqlər: Şamaxı   Zəlzələ  





Xəbər lenti