Təmirə bağlanan yol sabah axşam açılacaq

Təmirə bağlanan yol sabah axşam açılacaq
  08 Fevral 2021    Oxunub:1729
Fevralın 5-dən 6-na keçən gecədən etibarən Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, məhdudlaşma fevralın 9-u axşam saatlarından aradan qaldırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - məlumatda vurğulanıb.

Azvision.az


Teqlər: AAYDA   Yol   Təmir  





Xəbər lenti