Şəkidə “07” aşıb, ölənlər var

Şəkidə “07” aşıb,    ölənlər var
  08 Fevral 2021    Oxunub:2111
Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə fevralın 6-da saat 8 radələrində qeydə alınıb.

Aşağı Göynük kənd sakini E.Musayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini D.Mustafayev hadisə yerində ölüblər.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti