Cəzaçəkmə müəssisələrinə narkotik keçirilməsinin qarşısı alındı
Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Əliyev Anar Firidun oğluna isə qohumu Lənkəran rayon sakini Əlizadə Xeyrulla Qüdrət oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan qış gödəkçəsinin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 2,033 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,048 qram olan psuxitrop maddə - metamfetamin olduğu müəyyənləşib.
Həmçinin Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 235.4.2 və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum İsmayılov Elgün Mürşüd oğluna qohumu Məmmədov Sahib Cəbrayıl oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan alt paltarının bel hissəsindəki rezinə xüsusi üsulla hopdurularaq gizlədilən və ümumi çəkisi 3,348 qram olan narkotik maddə - heroin olduğu müəyyən edilib.
Bundan başqa, Cinayət Məcəlləsinin 228.1-c1 maddəsinə əsasən təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Əhmədov Rafiq Tofiq oğluna bibisi oğlu Bakı şəhər sakini Əhmədov Fariz Əbülfət oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilən sellofan bükülüdə ümumi çəkisi 0157 qram olan narkotik maddə - heroin olduğu aşkarlanıb.
Hər bir faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: Penitensiar-xidmət Narkotik Həbsxana