Üç nəfərdən qanunsuz silah götürüldü

Üç nəfərdən qanunsuz silah götürüldü
  08 Fevral 2021    Oxunub:2064
Beyləqan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Əhmədli kənd sakini Q.Süleymanovdan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini A.Mustafayevdən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Şəmkir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini M.Zeynalova məxsus fermadan müvafiq sənədləri olmayan “İJ-43” markalı ov tüfəngi, 10 ədəd giliz və 5 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   silah  





Xəbər lenti