Köməksiz qalan azyaşlılar xilas edildi

Köməksiz qalan azyaşlılar xilas edildi
  08 Fevral 2021    Oxunub:2264
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, Naftalan şəhərində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 1 nəfər azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: Azyaşlı   Xilasetmə   FHN  





Xəbər lenti