“Moyka”dan maşını qaçırıb qəza törətdi

“Moyka”dan maşını qaçırıb qəza törətdi
  08 Fevral 2021    Oxunub:2242
Qaradağ rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, fevralın 2-də saat 21 radələrində Müşfiqabad qəsəbəsindəki avtomobil yuma məntəqələrinin birindən qəsəbə sakini F.Aslanlıya məxsus “BMW” markalı avtomobilin qaçırılması barədə rayon polis idarəsinin 10-cu polis bölməsinə məlumat daxil olub.

Araşdırmalar nəticəsində həmin avtomobilin qəsəbə ərazisində idarə edilərkən “Opel” və “VAZ-2109” markalı avtomobillərlə toqquşması da müəyyənləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb. Faktla əlaqədar araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti