Qadın həbsdə olan ərinə narkotik keçirmək istədi

Qadın həbsdə olan ərinə narkotik keçirmək istədi
  08 Fevral 2021    Oxunub:2635
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına, 3 saylı İstintaq təcridxanasına, 11 saylı cəzaçəkmə müəssisəsinə və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Bu barədə Azvision.az -a Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Bildirilib ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Əsədov Anar Zöhrab oğluna həyat yoldaşı Bakı şəhər sakini Əsədova Elnarə Tofiq qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan cins şalvarın tikiş hissəsində xüsusi üsulla gizlədilən sellofan bükülüdə ümumi çəkisi 0,463 qram olan narkotik maddə - heroin aşkar edilib.

Azvision.az


Teqlər: Həbsxana   Narkotik  





Xəbər lenti