“Baku Medical Plaza”da xəstələr təxliyə edilib - YENİLƏNİB

“Baku Medical Plaza”da xəstələr təxliyə edilib -  YENİLƏNİB
  09 Fevral 2021    Oxunub:4179
“Baku Medical Plaza” klinikasının Babək filialının ikinci korpusunda avtoklav cihazında qızma nəticəsində tüstülənmə olub.
Azvision.az xəbər verir ki, bu barədə klinika açıqlama yayıb.

“Hadisə qısa vaxt ərzində lokallaşdırılıb. Havalandırma pərdəsi ilə tüstü mərtəbələrə daxil olduğundan xəstələr birinci korpusa müvəqqəti təxliyə edilib. Hadisə nəticəsində insan həyatı üçün hər hansı təhlükə olmayıb”, - deyə məlumatda qeyd olunub.

***
Bakının Xətai rayonu, Babək prospektində yerləşən “Baku Medical Plaza”da yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Yanğınla bağlı əlavə məlumat verilməyib.

Azvision.az


Teqlər: Yanğın  





Xəbər lenti