İtkin düşən 16 yaşlı oğlan tapıldı - YENİLƏNİB

İtkin düşən 16 yaşlı oğlan tapıldı -  YENİLƏNİB
  09 Fevral 2021    Oxunub:4579
Bakıda itkin düşən 16 yaşlı oğlan tapılıb.
Azvision.az xəbər verir ki, DiN-in mətbuat xidmətindən verilən məlumata görə, itkin düşən şəxs tapılaraq ailəsinə təhvil verilib.

***
(09:45)

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan 2005-ci il təvəllüdlü Elcan Dəmirov 2021-ci ilin fevralın 8-də diş həkiminə getmək adı ilə evdən çıxaraq geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, evdən çıxarkən əynində tünd qırmızı rəngli gödəkçə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub. Boyu təxminən 160-165 sm., sol qolunun aşağı hissəsində xüsusi əlamət sayılan 4-5 sm-lik kəsilmiş yara-çapıq izi var.

"Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 410-00-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.



Azvision.az


Teqlər: DİN  





Xəbər lenti