Balakən və Bakıda sexdə yanğın olub

Balakən və Bakıda sexdə yanğın olub
  09 Fevral 2021    Oxunub:1687
Balakən rayonunda ümumi sahəsi 400 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 456 m² olan birmərtəbəli mebel sexinin yanar konstruksiyaları 160 m² sahədə, içərisində taxta materiallar və 4 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Balakən   Yanğın   FHN  





Xəbər lenti