Bir ton qarğıdalı oğurlayanlar saxlanıldı - FOTO

Bir ton qarğıdalı oğurlayanlar saxlanıldı -    FOTO
  09 Fevral 2021    Oxunub:1888
Qax Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən taxıl anbarından 1 tona yaxın qarğıdalının naməlum şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər - Cəbrayıl rayon sakini Zaur Heydərov, Qax rayon sakinləri Elşən Əfəndiyev və Madonna Kuloşvili saxlanılıb.



Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər oğurladıqları qarğıdalını Elşən Əfəndiyevin yaşadığı ünvanda həyətyanı sahədəki tikilidə gizlədiblər və bir müddət keçdikdən sonra satmaq niyyətində olublar. Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qarğıdalı kisələri də gizlətdikləri yerdən götürülərək istintaqa təqdim edilib.



Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, həmin şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Azvision.az



Teqlər: Qarğıdalı  





Xəbər lenti