Qubada gecə işləyən çayxanalar aşkarlanıb

Qubada gecə işləyən çayxanalar aşkarlanıb
  09 Fevral 2021    Oxunub:2225
Quba Rayon Polis Şöbəsinin əməkdaşları fevralın 9-da gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi Amil Balayev və orada olan 5 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

İnzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar. Keçirilən digər bir tədbir zamanı rayonun Birinci Nügədi kəndi ərazisində eyni qayda pozuntusunu törədərək gecə saatlarında fəaliyyət göstərən daha bir çayxana müəyyən edilib.

Polis əməkdaşları tərəfindən obyekti icarə əsasında işlədən Taleh Quliyev və orada olan 9 müştəri ilə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Azvision.az



Teqlər: DİN   Quba   Çayxana  





Xəbər lenti