Narkotiklə tutuldu, digər cinayətləri üzə çıxdı

Narkotiklə tutuldu, digər cinayətləri üzə çıxdı
  10 Fevral 2021    Oxunub:1164
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini Zaur Hüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar olunub. Ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun digər cinayət əməli də üzə çıxıb.

Belə ki, Z.Hüseynovun şəhər ərazisində vətəndaşa məxsus qarajdan 4 ədəd velosipedi oğurlayaraq satdığı müəyyən edilib. Satdığı velosipedlər həmin şəxslərdən götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, şübhəli şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti