Bakıda evlərdən oğurluq edənlər ələ keçdi

Bakıda evlərdən oğurluq edənlər ələ keçdi
  10 Fevral 2021    Oxunub:1819
Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 6-da C.Mədətovanın çantasından 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini B.Dosiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş T.Mirələmovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən ümumilikdə 6000 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti