FHN valideynlərə çağırış etdi: Uşaqları nəzarətsiz qoymayın! - VİDEO

 FHN valideynlərə çağırış etdi:  Uşaqları nəzarətsiz qoymayın! -  VİDEO
  10 Fevral 2021    Oxunub:2629
Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Azvision.az -ın nazirliyin saytına istinadən məlumatına görə, müraciətdə bildirilir ki, uşaqların dünyanı kəşf etməyə, öyrənməyə marağı və əyləncə istəyi həm də onların ətrafdakı təhlükələrdən hələ ki, xəbərsiz olması ilə müşayiət olunur.

Qeyd olunub ki, valideynin nəzarətindən kənar olan uşaqlar real təhlükələrlə üz-üzə qalır, bir sıra hallarda onların sağlamlığı və həyatı təhlükə altına düşür.

Bununla bağlı nazirlik valideyləri mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, azyaşlıların küçədə, nəqliyyat vasitələrində, müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırıb.



Azvision.az



Teqlər: FHN  





Xəbər lenti