Ötən il 696 nəfər yol qəzasında ölüb - 81 faizi kişidir

 Ötən il 696 nəfər yol qəzasında ölüb -  81 faizi kişidir
  10 Fevral 2021    Oxunub:2627
2020-ci ildə ölkədə 1 587 və ya 2019-cu illə müqayisədə 15,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 16,5 faiz azalaraq 2106 nəfər olub.
Dövlət Statistika Komitəsindən (DSK) Azvision.az -a verilən məlumata görə, onlardan 696-sı həlak olub, 1410-u isə yaralanıb. Hadisələrin 42,6 faizi gündüz, 35,0 faizi gecə, 22,4 faizi isə toran vaxtı baş verib, 28,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib..

Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2019-cu illə müqayisədə 6,7 faiz azalaraq 526 nəfər, yaralananların sayı 19,4 faiz azalaraq 1315 nəfər olub.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,2 faizini, yaralananların isə 75,0 faizini kişilər təşkil edib.

Azvision.az


Teqlər: DSK   Yol-qəzası  





Xəbər lenti