Mağazadan oğurluq edən yeniyetmə tutuldu

Mağazadan oğurluq edən yeniyetmə tutuldu
  10 Fevral 2021    Oxunub:1746
Sumqayıtda oğurluq edən yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyatı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də şəhər ərazisindəki mağazaların birindən 1 174 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini olan yeniyetmə saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti