​Sumqayıtda evdən 42 yaşlı kişi meyiti tapılıb

  10 Fevral 2021    Oxunub : 1373
​Sumqayıtda evdən 42 yaşlı kişi meyiti tapılıb
Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1979-cu il təvəllüdlü Babayev Ramil Vasif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN