Pirallahının baş planı hazırlanır

Pirallahının baş planı hazırlanır
  20 Fevral 2014    Oxunub:7229
Pirallahı qəsəbəsinin baş planının hazırlanması işləri başa çatmaq üzrədir.
AzVision.az -AzərTAc-a istinadən xəbər verir ki, Pirallahı rayonunun Pirallahı qəsəbəsinin baş planının hazırlanması işləri başa çatmaq üzrədir.

Rayon icra hakimiyyətindən bildiriblər ki, baş plana əsasən qəsəbədə inzibati mərkəzin yaradılması da nəzərdə tutulub.

Burada müxtəlif nazirlik və komitələrin aidiyyatı struktur vahidləri yerləşdiriləcəkdir. İnşa ediləcək Pirallahı Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyasının Pirallahı Rayon Təşkilatının inzibati binalarının tikintisi üçün layihə hazırlanib və təsdiq olunması üçün əlaqədar təşkilatların göndərilib.

Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsinin inzibati binasının layihəsinin hazırlanması işləri artıq başa çatdırılıb.


Teqlər:  





Xəbər lenti