Maşının qarşısını kəsib sürücünü bıçaqla hədələdi

Maşının qarşısını kəsib sürücünü bıçaqla hədələdi
  12 Fevral 2021    Oxunub:2241
Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edən Abşeron rayon sakini Ş.Həşimli yanvarın 9-da saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində idarə etdiyi “Opel” markalı avtomobilin qarşısının “VAZ-2104” markalı avtomobillə kəsildiyini, bıçaqla hədələnərək 477 manat məbləğində pulunun alındığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakini N.Quliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb. Axtarış zamanı ondan heroin götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti