Şəhid döyüşçü əslən Şuşa şəhərindəndir və ailəsi illərdir ki, müvəqqəti olaraq məcburi köçkün qismində Naftalan şəhərində məskunlaşıb. Müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu (MAXHHQ) kimi Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edib. Ailəsi ilə ən son sentyabr ayının 27-də rabitə əlaqəsi yaradıb. Anası Tünzalə xanıma mesaj yazaraq, "Haqqınızı halal edin, əzizlərim, mən ağır döyüşə gedirəm", - deyə bildirib.
Qeyd edək ki, nəşi tapılan şəhid döyüşçü sabah Naftalanda son mənzilə yola salınacaq.
Allah rəhmət eləsin!

Azvision.az