Mağaza və maşından oğurluq edən ələ keçdi

Mağaza və maşından oğurluq edən ələ keçdi
  13 Fevral 2021    Oxunub:2330
Qaradağ rayonunda mağaza və avtomobildə oğurluq hadisələri olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən və bir avtomobildən ümumilikdə 14 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti