Biləsuvarda narkotik alverçiləri saxlanılıb

Biləsuvarda narkotik alverçiləri saxlanılıb
  13 Fevral 2021    Oxunub:3153
Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Abbaslının idarə etdiyi “VAZ-2106” markalı avtomobil şəhər ərazisində nəzarət qaydasında saxlanılıb. Avtomobilə baxış zamanı oradan 2 kiloqrama yaxın heroin, 54 qramdan artıq metamfetamin aşkar edilib.

Şəxsi axtarış zamanı A.Abbaslının sərnişinləri, B.Rufullazadədən, S.Rufullazadədən və Ş.Kazımlıdan heroin götürülüb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti