Bakıda maşın oğrusu tutuldu

Bakıda maşın oğrusu tutuldu
  13 Fevral 2021    Oxunub:2195
Paytaxtın Səbail rayonunda avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, fevralın 2-də A.Süleymanova məxsus "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş B.Məmmədov Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Faktla bağlı təhqiqat aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti