Bakıda intihara cəhdin qarşısı alındı

Bakıda intihara cəhdin qarşısı alındı
  15 Fevral 2021    Oxunub:1392
Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az-a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az


Teqlər: FHN   İntihar  





Xəbər lenti