Lənkəranda karantini pozan obyektlər aşkarlandı

Lənkəranda karantini pozan obyektlər aşkarlandı
  15 Fevral 2021    Oxunub:1441
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin rejimi qaydalarının pozulduğu çay və kofe xidmətləri göstərilən “Coffee shop” iaşə obyekti və 2 oyun salonu aşkar edilib.

Həmin obyektlərlə bağlı 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.

Azvision.az



Teqlər: Lənkəran   DİN  





Xəbər lenti