Şəmkirdə avtoxuliqan saxlanılıb

Şəmkirdə avtoxuliqan saxlanılıb
  15 Fevral 2021    Oxunub:1515
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumatda bildirilib ki, əvvəllər də sürücülük hüququ olmadan yol hərəkəti qaydalarını kobud surətdə pozduğu üçün inzibati qaydada həbs edilən, rayon sakini, Tural Hüseynov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.

Həmin şəxs barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti