Dilənçi qadınlar evi qarət etdilər

Dilənçi qadınlar evi qarət etdilər
  15 Fevral 2021    Oxunub:1851
Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kəndində yerləşən evlərin birindən naməlum şəxslər tərəfindən qızıl-zinət əşyaları və pulun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfində hadisə yerinə baxış keçirilib, ev sahibinə məxsus müxtəlif qızıl-zinət əşyalarının və 250 manat pulun oğurlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər də məhkum olunmuşlar-Təranə Koldar və Bəsti Nadirova olduqları müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Araşdırma zamanı məlum olub ki, dilənçiliklə məşğul olan həmin qadınlar evdə heç kimin olmamasından istifadə edərək ora daxil olublar, pulu və qızılları götürərək uzaqlaşıblar. Oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti