Qobustanda maşın piyadanı vurub öldürdü

Qobustanda maşın piyadanı vurub öldürdü
  15 Fevral 2021    Oxunub:1623
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 14-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini K.Nəcəfzadəni vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti