Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, daxil olan məlumat əsasında Zərdab RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Köprükənd kənd sakini, əvvəllər məhkum edilmiş Mehman Məmmədov saxlanılıb.
M.Məmmədovun yaşadığı ünvana baxış keçirilən zaman oradan aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 13 ədəd çətənə kolu və 330 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az