Özünü Kürə atan şəxs xilas olundu

Özünü Kürə atan şəxs xilas olundu
  16 Fevral 2021    Oxunub:2231
16 fevral 2021- ci il tarixində Mingəçevir şəhəri H.Əliyev prospektində 1992-ci il təvəllüdlü Lətifova Əminə Rasim qızı Kür çayının üzərində yerləşən körpüyə çıxaraq intihar məqsədilə özünü çaya atıb.
Azvision.az xəbər verir ki, əmin vaxt təsadüfən ərazidə olan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun məzuniyyətdə olan xilasedicisi Dosməmmədov Dosməmməd heç bir xilasetmə vasitəsi olmadan suya tullanaraq vətəndaşın həyatını xilas edib.

Azvision.az


Teqlər: FHN   Kür  





Xəbər lenti