Azərbaycan əhalisinin sayı 52 mindən çox artıb

   Azərbaycan əhalisinin sayı 52 mindən çox artıb
  17 Fevral 2021    Oxunub:1945
Ötən il ərzində Azərbaycan əhalisinin sayı 52 025 nəfər və ya 0,5 faiz artaraq 2021-ci il yanvar ayının 1-i vəziyyətinə 10119133 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 20,4 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 6,8 faizi Yuxarı Qarabağ, 6,2 faizi Şəki-Zaqatala, 5,7 faizi Abşeron, 5,5 faizi QubaXaçmaz, 3,2 faizi Dağlıq Şirvan, 2,6 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında yaşayıb.

Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub və bu göstərici Bakı şəhərində (1075 nəfər), Lənkəran (157 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

Azvision.az


Teqlər: Əhali   Statistika  





Xəbər lenti